Naxçıvanın yeni Baş Naziri
23 may 2020 15:57:29
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 23-də Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.
Zəfər.Az-ın məlumatına görə, Fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun mayın 23-də imzaladığı Qərarla Səbuhi Məmmədov daha yüksək vəzifəyə - Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.