Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu
02 aprel 2020 19:24:15
Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdər. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Zəfər.AZ-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.