Bu kitabda koronavirusun yayılacağı hələ 1981-ci ildə qeyd edilmişdi - VİDEO
04 mart 2020 09:57:51
2019-cu ilin dekabrında Çinin Uhan şəhərində insanlar naməlum virusa yoluxmağa başladı.
Zəfər.Az Modern.az-a istinadən bildirir ki, qısa müddət sonra alimlərin koronavirus yaxud COVİD-19 adlandırdıqları yeni virus dünyanın 77 ölkəsinə yayıldı. Hazırda 90 mindən çox insanı yoluxduran koronavirus 3 mindən artıq can alıb.
Maraqlısı odur ki, bu ölümcül virusun yayılacağı barədə illər öncə yazıçı Din Kuntz məlumat verib.
Belə ki, 1981-ci ildə amerikalı yazıçı Din Kuntz “Qaranlığın gözləri” əsərində koronavirusun 2020-ci ildə Çinin Uhan şəhərindən bütün dünyaya yayılacağını söyləmişdi.
Yazıçı virusun labaratoriyada yaradılaraq qəsdən insanlara yoluxdurulacağını kitabında qeyd edib.
Koronavirus, yəni Covid-19 və kitabda yazılan Wuhan-400 virusları arasında oxşarlıqlar olduğu kimi, fərqli cəhətlər də çoxdur.
Məsələn, kitabda virusun inkubasiya dövrünün 4 gün olduğu və 100 faiz ölümlə nəticələnəciyi bildirib.
Koronavirusda isə inkubasiya dövrü 2-14 gün arasında dəyişir.
Ölüm nisbəti isə 2 faizdir, belə ki, indiyədək xəstəliyə yoluxan 91 min şəxsdən təxminən 3 mini həyatını itirsə də, 48 mindən çox insan sağalıb.
Kitabda yazılanların təsadüf, yoxsa proqnoz olması isə hələ də məlum deyil.