İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib
26 fevral 2020 10:27:05
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.
Zəfər.Az-ın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.