BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocalının əsir abidələri - FOTOLAR

14 fevral 2020 16:49:36

Xocalı rayonu noyabr ayının 26-sı 1991-ci ildə yaradılmışdır. Sahəsi 0,936 min kvadrat kilometr olan rayona 1 şəhər, 2 qəsəbə, 50 kənd daxildir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşir. 

 

Zəfər.Az saytı dqdk.gov.az-a istinadən bildirir ki, Rayon ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalını darmadağın etmiş, 7 min əhalisi olan şəhərdə soyqırımı törətmiş, 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür, onların 150-sinin taleyi bu gün də məlum deyildir. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.


Xocalı tarixən insanların yaşayış məskəni olmuşdur. Rayon ən qədim dini, memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Xocalının yaxınlığında bizim e. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid olunan dəfn abidələri - daş qutular, kurqanlar və daş kitabələr tapılmışdır. Rayon ərazisində arxeoloji abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) də vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc və sümükdən hazırlanmış bəzək əşyaları, eləcə də, gildən bişirilmiş saxsı ev əşyaları və s. tapılmışdır. 

 


Tarixi-dini abidələri 

Dairəvi məbəd (1356-1357-ci illər) – Xocalı şəhəri (İNV № 251)

Alban məbədi (905-ci il) – Şuşa kəndi. (İNV № 255)

Alban məbədi (1100-cü il) – Çanaxçı kəndi (İNV № 253)

Alban məbədi (1065-ci il) – Çanaxçı kəndi (İNV № 254)

Alban məbədi (1100-cü il) – Xaçmas kəndi (İNV № 257)

Alban məbədi (1122-ci il) – Xansıx kəndi (İNV № 256) 

Alban məbədi (1202-ci il) – Armudlu kəndi (İNV № 258)

Məbəd kompleksi (VII əsr) – Badara kəndi (İNV № 261)

Kilsə (XIII əsr) – Xanabad kəndi (İNV № 265)

Günbəz – Xocalı kəndi

Qədim tarixə malik olan Alban abidələri – Xocalı kəndi 

Qədim Alban kilsəsinin qalıqları – Kərkicahan qəsəbəsi 

“Börgün qayasında olan kilsə” alban kilsəsi – Meşəli kəndi

“Yeddi kilsə” Alban kisəsi – Meşəli kəndi 

“Durpasuda olan kilsə” Alban kilsəsi – Meşəli kəndi 

“Balaca suda olan kilsə” Alban kilsəsi – Meşəli kəndi 

“Əvəzin yurdunda olan kilsə” (Alban kilsəsi) – Meşəli kəndi 

 

Ziyarətgahları

Səkkizgüşəli günbəz ziyarətgahı (XIII əsr)

Xocalı qəbiristanı e. ə. VIII-VII əsrlər

Seyid Cəlal ağanın ocağı – Xocalı şəhəri 

Cahan nənə ocağı – Xocalı şəhəri 

Qaranın ocağı – Kərkicahan qəsəbəsi

Darılı piri – Kosalar kəndi

 

Tarixi memarlıq və arxeoloji abidələri 

Daş qutu nekropolu (Tunc dövrü) -  Xocalı şəhəri, Əsgəran dağında (İNV № 1119)

Nekropol (İlk və Orta Tunc dövrü) -  Xankəndindən cənubda (İNV № 1120)

Küp qəbirlər nekropolu (ilk orta əsrlər) -  Xankəndinin kərpic zavodunun ərazisində (İNV № 1121)

Kurqan (Dəmir dövrü) - Xankəndinin yaxınlığında (İNV № 1122)

Xankəndi kurqanları (Tunc dövrü) - Xankəndinin şimalında (İNV № 1123)

Xaçınçay nekropolu (İlk və Orta Tunc dövrü) – Seyidşən kəndindən şimal-şərqdə (İNV № 1124)

Küp qəbirlər nekropolu (Tunc dövrü) -  Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf (İNV № 1125)

Kurqan (Tunc dövrü) - Armudlu kəndindən 15 km. İlis çayının sahilində (İNV № 1126)

Daş qutu nekropolu (Dəmir dövrü) – Armudlu kənd qəbiristanlığının yanında (İNV № 1127)

Daş qutu nekropolu (Dəmir dövrü) – Saruşen kəndi (İNV № 1129)

Daş qutu nekropolu (Dəmir dövrü) - Saruşen kəndi, dağın ətəyində (İNV № 1130)

Köhnə qəbiristan (Tunc dövrü) - Çanaqçı kəndi (İNV № 1128)

Qala (X əsr) – Maşxmaat kəndi (İNV № 259)

Aslan qalası (IX əsr) – Anabert kəndi (İNV № 264)

Qırxlar qalası (orta əsrlər) – Badara kəndi (İNV № 260)

Qoç və yəhər şəkilli qəbir daşları – Xocalı kəndi