Çavuşoğludan təklif - ATƏT-in Minsk qrupu təcili toplanmalıdır
 
                  13 oktyabr 2020 16:48:02
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır.
Zəfər.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib:
"Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir".(Modern.az)
 
                                 
                                 
                                 
                         
                        