BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Erməni terroru nəticəsində 17 günə 42 mülki şəxs öldürülüb

13 oktyabr 2020 12:34:37

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Zəfər.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

 

Bundan başqa, 241 mülki obyekt, 1479 yaşayış evi və 66 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.