BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistanın atəşi nəticəsində həlak olan məktəblilər - FOTO

13 oktyabr 2020 12:16:47

Təhsil Nazirliyi Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan məktəblilərin fotolarını yayıb.

 

Nazirlikdən Zəfər.az-a verilən məlumata görə, Ermənistanın dinc əhaliyə hücumları zamanı 3 məktəbli həlak olub. Onlar Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd orta məktəbinin 9-cu sinif şagirdi Fidan Qurbanova və həmin məktəbin 7-ci sinif şagirdi Şəhriyar Qurbanov, Ağcabədi rayonu Taynaq kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərovdur.