BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Düşmən bu gün daha 17 hərbçi itirdi

13 oktyabr 2020 11:22:06

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

 

Zəfər.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

 

Bildirilir ki, ermənilər oktyabrın 13-də daha 17 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 543 hərbçisinin öldüyünü etiraf edib.