BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilər Laçın və Kəlbəcərdə evlər və yeni məktəb binası tikir - FOTO

13 fevral 2020 12:26:21

Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşdırma siyasətini aktiv şəkildə davam etdirir.

Zəfər.Az saytı modern.az-a istinadən bildirir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb. Laçın və Kəlbəcər rayonlarının ərazilərində yeni evlərin tikintisi davam etdirilir. Belə ki, Laçın rayonu ərazisində 12 yeni ev və məktəb tikintisi aparılır.


Kəlbəcər rayonunda isə 15 yeni evin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda Laçın və Kəlbəcər rayonlarında yaşayan ermənilərin sayının 20 min nəfərə çatdığı bildirilir.