BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Fransa mətbuatı Gəncəyə raket hücumundan YAZDI

13 oktyabr 2020 09:16:04

Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.

 

Zəfər.az xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.

 

Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.

 

Qeyd edək ki, məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.(Modern.az)