Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub - ANAMA-nın direktoru
13 oktyabr 2020 08:47:07
Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.
Zəfər.az-ın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - deyə o qeyd edib.