Ermənilər 41 mülki şəxsi öldürüb, 207 yaralı var - Baş Prokurorluq
12 oktyabr 2020 16:51:54
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Zəfər.az-a verilən məlumata görə bu saatadək:
Həlak olmuş şəxslərin sayı - 41
Yaralanmış şəxslərin sayı - 207
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı- 1185
Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 57
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 148-dir.