BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağa döyüşməyə gələn erməni iş adamı MƏHV EDİLDİ

12 oktyabr 2020 13:45:10

Döyüşmək üçün Qarabağa gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan hərbi əməliyyatlar zamanı məhv edilib.

 

Zəfər.Az xəbər verir ki, bu barədə məlumat Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyanın “Feysbuk” səhifəsində qeyd edilib.

 

A.Arutyunyan qeyd edib ki, biznesmenin gələcək planlarında qondarma “Dağlıq Qarabağ respublikası”na investisiya qoymaq da olub.