Güləşçimiz iki erməniyə qalib gələrək Avropa çempionu oldu
12 fevral 2020 10:30:28
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan final görüşündə macarıstanlı Zotlan Levayı məğlub edib.
O, 3:1 hesabı ilə qalib gəlib.
Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub.
Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib. 55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğurda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl məğlub edib.(Moder.az)