BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistan Ağdamda mülki əhalini atəşə tutdu: ölən və yaralananlar var

02 oktyabr 2020 15:26:50

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

 

Müdafiə Nazirliyindən Zəfər.Az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

 

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

 

“Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.