“XİN beynəlxalq təşkilatları məlumatlandırıb” - Ceyhun Bayramov
28 sentyabr 2020 10:08:23
“Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribatı törədib. Mülki şəxslər arasında ölən və yaralananlar var. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-əməliyyata başlayıb”.
Zəfər.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət etdi: “Xarici İşlər Nazirliyi bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb və bəyanatlar yayıb”.