İsrail, BƏƏ və Bəhreyn müqavilə bağladılar
16 sentyabr 2020 17:08:43
İsrail, BƏƏ və Bəhreyn münasibətlərin normallaşdırılmasına və diplomatik münasibətlərin qurulmasına dair müqavilə bağlayıblar.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, tarixi sazişin bağlanması mərasimi ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda - Ağ Evdə baş tutub.
Mərasimdə ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya, həmçinin onlarla qonaq iştirak edib. Müqaviləyə İsrailin baş naziri Binyamin Netanyahu, BƏƏ-nin Xarici İşlər naziri Əhməd bin Zayed əl-Nəhyan və Bəhreynin Xarici işlər naziri Əbdel Lətif əz-Zəyani imza atıblar.
Razılaşmaya, əsasən, Təl-Əviv İordan çayının Fələstinə aid qərb sahillərinin işğalı planından imtina edəcək. Buna baxmayaraq, Fələstin Əbu-Dabi və Manamanın bu addımını ümumi ərəb maraqlarına xəyanət kimi qəbul edib.