BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün birinci sinifə gedən şəhid övladları

15 sentyabr 2020 10:56:47

Bu gün Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan 4 şəhidimizin Vətənə əmanət övladları birinci sinifsə başlayır.

 

Zəfər.Az bildirir ki, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasın şəhadətə ucalan şəhidlərimiz polkovnik Vüqar Yusifovun oğlu Yusif Yusifzadə, kapitan İnqilab Quliyevin oğlu Əyyam Quliyev, gizir Tural Qurbanovun qızı Zəhranur Qurbanlı və Tovuz döyüşlərində qəhrəmancasına şəhadətə ucalan şəhidimiz mayor Namiq Əhmədovun qızı Nigar Əhmədova bu gündən birinci sinifə başlayırlar.

 

Zəfər.Az olaraq qəhrəman Şəhidlərimizin Vətənə əmanət övladlarına uğurlarla dolu, uzun və xoşbəxt ömür arzulayırıq. Allah(c.c) zehin açıqlığı versin.