Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTOLAR
14 sentyabr 2020 11:40:35
Ermənistan hakim dairələrinin birbaşa göstərişi ilə Azərbaycanın maddi mədəniyyət nümunələrinə vandalizm aktları davam edir.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bu dəfəki vandalizm aktı işğal altındakı Xocavənd rayonunda yerləşən Ktişvəng monastırına qarşı olub.
Eramızın VIII əsrində Alban hökmdarları tərəfindən inşa edilən monastır kompleks uzun illər boyu intensiv erməniləşdirmə siyasətinə məruz qalıb.
Son illər isə Qarabağdakı qondarma rejim rəhbərliyi Yerevanın göstərişi ilə monastırı baxımsız buraxaraq, onun murdarlanmasına rəvac veriblər.