BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Orucova şəhid ailələrini ziyarət etdi

11 sentyabr 2020 18:14:06

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri əfsanəvi kəşfiyyatçı, Murov Qartalı ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Orucova bu gün Masallı rayonunun Viləş kəndi və Güllütəpə kəndindən olan 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhadətə ucalan şəhidlərimiz Masallı rayonunun Viləş kəndindən olan Nurlan Əsgərov və Güllütəpə kəndindən olan Firdovsi Bağırzadənin ailələrini ziyarət edib. 

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova mütəmadi olaraq şəhid ailələrini ziyarət edərək onların problemləri ilə şəxsən maraqlanar və yaranan çətinliklərin aradan qaldırılmasında köməklik göstərir.