BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarına noutbuklar hədiyyə edildi - FOTO

11 sentyabr 2020 16:22:22

Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyi və "Baku Electronics" LTD şirkətinin dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yeni tədris ilinin başlanması ilə əlaqədar ali və orta məktəbdə təhsil alan şəhid övladlarının məktəbli ləvazimatı və distant təhsilə dəstək məqsədilə noutbukla təmin edilməsi üçün sosial aksiya həyata keçirir.


Bakıda və bölgələrdə yaşayan şəhid övladları ziyarət olunaraq hədiyyələr təqdim edilmişdir.


Bu layihədə təşkilatımıza dəstək olan NRYTN-ə və “Baku Electronics” LTD şirkətinə təşəkkür edirik.