Qarabağ qazisi vəfat etdi
10 fevral 2020 10:52:04
2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib.
Zəfər.Az saytı oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı “Ege Hospital”da vəfat edib.
Qeyd edək ki, Q.Hacıyev 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.
Son olaraq, 2018-ci ilin oktyabrında vəziyyəti pisləşən qazimiz “Ege Hospital”a yerləşdirilmişdi. Q.Hacıyevin müalicəsi ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva göstəriş vermişdi. Oktyabrın 27-də qazimiz komadan ayılmışdı.