“Danışıqlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir” - Lavrov
26 avqust 2020 17:56:51
“Danışıqlar prosesində BMT TŞ-nin qətnamələri və beynəlxalq ictimaiyyətin qərarları rəhbərlik etməlidir”.
Zəfər.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.
“Mən razıyam ki, danışıqlar prosesinə BMT TŞ-nin 4 qətnaməsi daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş qərarlar rəhbərlik etməlidir, hansılar ki, həmin vaxtı müharibəni dərhal dayandırmağı hədəfləyib”,- deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri, həmçinin danışıqlar prosesinin imitasiya xatirinə aparılmamalı olduğunu, konkret həllərə istiqamətlənməli olduğunu qeyd edib: “Bu mənada sabit, dayanıqlı bir danışıqlar prosesi qurmaq üçün lazımi mühiti təmin etmək vacibdir. Ancaq danışıqlar sadəcə danışıqlar xatirinə aparılmamalı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”.