İlham Əliyev və Mehriban Əliyeva Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında - FOTO
26 avqust 2020 17:05:10
Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.
Zəfər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verilib ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək.
Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyazma studiyası və digər zəruri infrastruktur yaradılıb.