BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Daxili işlər nazirindən kütləvi ixtisar: Rəis və əməliyyatçılar işdən çıxarıldı

26 avqust 2020 16:07:22

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.


Zəfər.Az-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.


Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər.