“İlk 2 ailəni yerləşdirmişik” – Livan ermənilərinin Qarabağa miqrasiyası başladı
26 avqust 2020 10:14:26
Beyrut limanındakı partlayışı bəhanə edən ermənilər Livandakı çoxsaylı erməni icmasının üzvlərini təhlükəsizlik və sosial problemlər bəhanəsi ilə Qarabağa köçürməyə başlayıb.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, iyul-avqust aylarında azı 500 Livan erməsinin təyyarə reysləri ilə Beyrutdan Yerevana gətirildiyi vurğulanır.
Artıq Livandan gələn 2 erməni ailəsi Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarına yerləşdirilib. Bu məlumatı qondarma rejimin “prezident köməkçisi” Rudik Usnunts açıqlayıb.
“Livandan gələn ilk iki ailə Qarabağa yerləşdirilib. Onlara müvafiq şərait yaradılıb” deyə açıqlamada deyilir.
Xatırladaq ki, müxtəlif mənbələr görə, Livanda 150-200 min arasında erməni yaşayır. Onlar Livan əhalisinin 4%-ni təşkil edir. Ermənilər Livan parlamenti və hökumətində kvota əsasında deputat və nazir postuna sahibdirlər.