BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Orucova Tovuz döyüşləri şəhidlərinin ailələrini ziyarət edib - FOTOLAR

03 avqust 2020 17:34:50

"Zəfər" Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri əfsanəvi kəşfiyyatçı, Murov Qartalı ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bu ilin 12-17 İyul tarixində Azərbaycanın Tovuz rayonu ərazisindəki sərhəd boyu təcavüzkar Ermənistanın ağır artileriya hücumunun qarşısını alarkən ağır döyüşlərdə şəhadətə ucalan şəhidlərin ailələrini ziyarət edib.


Zəfər.az xəbər verir ki, ziyarət zamanı "Zəfər" Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Vətən yolunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə başsağlığı verib, dərdlərinə şərik olub. Hər ailədə qəhrəmancasına şəhid olan vətən övladlarının əfsanəyə dönmüş həyat hekayələri minnətdarlıqla anılıb.


Sevinc xanım Təşkilat olaraq hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.