BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Prezident onu idarə heyətinə sədr təyin etdi

19 avqust 2020 17:41:21

Prezident Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı daha bir sərəncam verib.

 

Zəfər.Az xəbər verir ki, sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

 

Qeyd edək ki, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovdur.

 

Xatırladaq ki, 45 yaşlı Mətin Eynullayev 2017-ci ildə Təhsil nazirinin, 2018-ci ildən isə Vergilər nazirinin müavini işləyib.