Azərbaycanda general-mayor və polkovnik şəhid oldu - RƏSMİ
14 iyul 2020 12:24:40
“İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”.
Zəfər.Az-ın verdiyi məlumata görə, bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.
“Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”.
K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.