Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs vəfat etdi
14 iyul 2020 12:18:40
Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub.
Zəfər.Az Oxu.az-a xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib.
Mərmi onun yaşadığı evin həyətinə düşüb.
Onun 70-dən yuxarı yaşı var idi.