BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Üç şəhidimizin ad-soyadı AÇIQLANDI

13 iyul 2020 14:57:27

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

 

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü çavuş Sadıqov Vüqar Lətif oğlu Ağstafanın Yuxarı Göycəli kənd sakini, 1996-cı il təvəllüdlü baş əsgər Məmmədov Elşad Dönməz oğlu Tovuzun Ağdam kənd sakini, 2002-cı il təvəllüdlü Daşdəmirov Xəyyam Məhəmməd oğlu isə İsmayıllı rayonu Balik kənd sakinidir.

 

Ruhu şad olsun!