Şəhid komandir Raquf Orucovun doğum günü ilə bağlı - VİDEOKONFRANS
11 iyul 2020 14:04:55
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günü münasibəti ilə videokonfrans təşkil edilib.
Videokonfransda millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri, Qarabağ müharibəsi qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, tələbə gənclər təşkilatları, məktəblilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan şəhid komandir polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Orucova qəhrəmanımız haqqında həyata keçirilən layihələrdən söz açıb. Gəncləri Azərbaycan naminə milli düşüncəyə və milli dəyərlərə sahib olmağa səsləyib.
Tədbirdə şəhid komandir polkovnik-leytenant Raquf Orucovun döyüş yolundan, hərbi uğurlarından söhbət açılıb.
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, gənclərimiz qəhrəmanlarımızı daha yaxından tanımalı, onların döyüş yolunu öyrənməli, Vətən naminə hər zaman mübarizəyə hazır olmalıdırlar.
Gənclər və məktəblilər şəhidlərimiz və qəhrəmanlarımız haqqında hazırladıqları kompozisiyanı təqdim etdilər.
Qarabaq qazilər Səyyaf Əhmədov, Rey Kərimoğlu, Əhliyət Mehdiyev və Rasim Fərşidov hər zaman torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduqlarını bildiriblər.