Azərbaycan hərbçiləri Moskvadakı qələbə paradında - FOTOLAR
24 iyun 2020 14:22:18
Bu gün Rusiya paytaxtı Moskvada alman faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad keçirilib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçirilən hərbi parada dəvət olunub.
Qızıl meydanda keçirilən paradda 13 ölkədən 14 min hərbçi, 200 tarixi və müasir hərbi maşın, 75 təyyarə sərgilənib.
Tədbirə qatılan hərbçilər əsasən Rusiyadandır. Ancaq Azərbaycan, Ermənistan, Belarus, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistandan da hərbi qüvvələr iştirak edib.
Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyət təmsil edib.