BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“RAQUF ORUCOV KUBOKU”nun rəsmi açılış tədbirinə hər biriniz dəvətlisiniz

15 aprel 2019 11:48:57

Zəfər.Az bildirir ki, bu il üçüncü dəfə keçiriləcək “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") beynəlxalq cüdo turnirində 16 yerli və xarici klub komandası iştirak edəcək. Turnirin Təşkilat Komitəsinin xarici ölkə təmsilçilərinə göndərdiyi dəvətlərə cavab gəlməkdədir. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışlarda iştirak edəcəklərini artıq təsdiqləyiblər. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edəcəklər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi sabah saat 10.00-dan Bakı İdman Sarayında (Bakı Əl Oyunları Sarayı) başlanacaq. Saat 17.00-da isə turnirin rəsmi açılışı keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

 

TARİX: 17.04.2019-cu il SAAT - 17:00
YER: Bakı İdman Sarayı (Bakı Əl Oyunları Sarayı),