Sabah 6 dövlət başçısı bir araya gələcək
17 iyun 2020 17:24:10
"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyunun 18-dövlət başçılarının Zirvə görüşü keçiriləcək.
Bildirək ki, "Şərq Tərəfdaşlığı" proqramının üzvləri Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna dövlətləridir.
Zəfər.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, görüş videokonfrans formatında olacaq:
“Zirvə görüşü ali səviyyədə baş tutacaq. Bu görüşdə xarici işlər nazirlərinə onlayn formada dinləmək imkanı veriləcək”.
XİN rəsmisi qeyd edib ki, iyunun 11-də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən xarici işlər nazirlərinin videokonfransında bir çox məsələlərə toxunulub:
“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təxribat xarakterli addımlarla bağlı Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib. Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 11-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən görüşündə hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, eləcə də, bölgədə sülh və təhlükıəsizliyin təminatı məsələlərinə toxunub. Bu konteksdə də münaqişənin həllinin zəruriliyini bir daha iştirakçıların diqqətinə çatdırıb”.(Modern.az)