Azərbaycan ordusunun beynəlxalq terrorçunu məhv etməsindən 27 il ötür
12 iyun 2020 15:13:00
Bu gün “ASALA” terror qruplaşmasının əsas simalarından biri, Azərbaycan torpaqlarına hərbi təcavüzdə aktiv iştirak edən beynəlxalq miqyaslı terrorçu Monte Melkonyanın məhv edilməsindən 26 il ötür.
Zəfər.Az Modern.az-a istinadə xəbər verir ki, Fransada, Livanda Türkiyə diplomatlarına, dinc sakinlərə qarşı terror aktları təşkil edən Melkonyan 199o-cı ildə Azərbaycan torplaqlarına təcavüzdə aktiv iştirak etmişdir.
Beynəlxalq miqyaslı terrorçu 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndi istiqamətində baş verən döyüş zamanı Milli Ordumuz tərəfindən məhv edilmişdi.
1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında erməni ailəsində doğulan Melkonyan 1978-ci ildə Livana gələrək vətəndaş müharibəsinə qatılıb, 1980-ci ildə isə Beyrutda “ASALA”ya üzv olaraq türk diplomatlarına qarşı hücumlarda iştirak edib. 1981-ci ildə onun hazırladığı “Van” planı ilə Parisdəki Türkiyə səfirliyi ələ kerçirilmişdi.
Fransa həbsxanalarında 2 dəfə həbs həyatı yaşayan terrorçu 1990-cı ilin avqustunda Ermənistana, ordan isə Qarabağa gələrək, Azərbaycan qarşı təcavüzdə aktiv iştirak edib.
Monte Melkonyan Ağdamın Mərzili kəndində məhv edildikdən sonra onun meyiti Yerevana aparılaraq, Yerablur hərbi qəbirstanlığında basdırılıb. Ölümündən sonra ona “Ermənistanın Milli Qəhrəmanı” adı verilib. Bu gün Dilicanda yerləşən hərbi lisey də onun adını daşıyır.