BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Vətən məndən başlayır!” adlı sosial layihə ADPU`da

20 dekabr 2019 11:01:18

“Vətən məndən başlayır!” adlı sosial layihə 2019-2020-ci tədris ili ərzində Bakıda və regionlarda yerləşən bir çox universitetlərdə həyata keçiriləcəkdir. Layihə çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin əsas məqsədi xüsusilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyalarının “Vətən məndən başlayır!” devizi altında təbliğ olunması, hər bir fərdə ümumi tərəqqi və dövlətçiliyimizin daimi olması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü və əzmkar olmağı təşviq etməkdir.

Zəfər.Az Bu layihə çərçivəsində növbəti tədbir dekabr ayının 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyəti ilə birgə keçirilib.

Tədbirdə ADPU-nin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, tarix üzrə fəlsəfə  doktoru Firdovsiyyə Əhmədova,  tarix elmləri doktoru, professor Anar İsgəndərli, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xətai Alıyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir universitet tələbələrinin müzakirələrdə çıxışları ilə yekunlaşıb.

Sosial layihə “Azedu.az” saytının informasiya dəstəyi ilə həyata keçirilir.