BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Vətən məndən başlayır!” adlı sosial layihə AIU`da - FOTOLAR

27 noyabr 2019 10:15:47

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi universitetlərdə təhsil alan gənclər arasında yeni sosial layihəyə başlayır.

Zefer.Az xəbər verir ki, “Vətən məndən başlayır!” adlı sosial layihə 2019-2020-ci tədris ili ərzində Bakıda və regionlarda yerləşən bir çox universitetlərdə həyata keçiriləcəkdir. Layihə çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin əsas məqsədi xüsusilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyalarının “Vətən məndən başlayır!” devizi altında təbliğ olunması, hər bir fərdə ümumi tərəqqi və dövlətçiliyimizin daimi olması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü və əzmkar olmağı təşviq etməkdir.

Bu layihə çərçivəsində növbəti tədbir noyabr ayının 27-də Azərbaycan İlahiyyat İnstitunun tələbə və müəllim heyəti ilə birgə keçirilib.

Tədbirdə millət vəkilləri, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir universitet tələbələrinin müzakirələrdə çıxışları ilə yekunlaşıb.

Sosial layihə “Azedu.az” saytının informasiya dəstəyi ilə həyata keçirilir.