Ermənistanda kütləvi istefalar: polis və xüsusi xidmət orqanları başsız qaldı
09 iyun 2020 11:02:17
Ermənistanda Baş Qəragah rəisi Artka Davtyanın ardınca daha bir neçə yüksək rütbəli şəxs postunu tərk edib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan istefa ərizəsi yazıb.
O, postunda cəmi 3 ay çalışıb. Digər tərəfdən, ölkə polisinin rəhbəri Armen Sarkisyan da istefa verib.
Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzarət edə bilməməsi və s. ilə bağlıdır.