BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR

04 iyun 2020 19:49:26

Aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

 

Zəfər.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. 

 

Baş Nazir deyib ki, qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir:

“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.(Modern.az)