BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

04 iyun 2020 19:07:39

Ermənilər Qarabağ müharibəsindəki işğalçılıq siyasətini pərdələmək üçün yeni film çəkiblər.

 

Zəfər.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Əgər küləyə çatsaq” adlanan film Fransanın Kann kinofestivalında nümayiş olunacaq. Festivalın prezidenti Pyer Leskyur və direktor Tyeri Fremo artıq filmin müsabiqə proqramına daxil olmasını təsdiq ediblər.

 

Nora Martirosyanın çəkdiyi film festivalın “The First Features” proqramında nümayiş olunacaq. Azərbaycanın işğal altındakı torplaqlarında çəkilən film Qarabağ müharibəsinin gedişində yaşana dramatik hadisələrdən bəhs edir. Çəkilişlərə Fransa və Belçikanın prodüser mərkəzləri maliyyə yardımı da ediblər. 

 

Xatırladaq ki, hər ilin mayında Fransanın Kann şəhərində keçirilən kinofestival koronavirus səbəbindən ləğv olunub. Onun onlayn formatda keçirilməsi müzakirə olunur.(Modern.az)