Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi – FOTOLAR
04 iyun 2020 10:54:29
Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan ötən gün Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib.
Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, Davytan Qarabağda yaradılmış qondarma rejimin “müdafiə naziri” Cəlal Arutunyanla birlikdə "Aprel döyüşləri" zamanı Azərbaycan Ordusunun azad etdiyi Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi istiqamətinə gəlib.
Burada onlar mühəndis-istehkam işləri ilə tanış olub, yeni atəş vasitələrinə baxış keçiriblər.