Kamran Əliyevin işdən çıxardığı kürəkəni DTX-də rəis oldu
04 iyun 2020 10:47:56
Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.
Zəfər.Az haqqin.az-a istinadən xəbər verir ki, Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.
O.Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Kamran Əliyevin kürəkəni olduğu üçün O.Nuriyevin prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.