Karantin rejimində yeni QADAĞALAR
04 iyun 2020 10:26:39
Həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması nəzərdə tutulur.
Zəfər.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, vətəndaşlar nəzərə almalıdır ki, cümə günündən etibarən bütün mağazalar tam qapadılacaq:
"Apteklərin növbəli işləməsi müzakirə edilir".
R.Bayramlı həmçinin mağaza sahiblərinə müraciət edərək, iş saatının nisbətən uzadılmasını xahiş edib.
O deyib ki, həftə sonları sırf zəruri, həyati məsələlərlə bağlı SMS-lə çıxmağa icazə veriləcək:
"Şəxsi nəqliyyatdan istifadə də tam məhdudlaşdırılacaq".