Türkdilli respublikaların futbol klubları arasında “Turan Kuboku” keçirilə bilər
03 iyun 2020 15:26:40
Türkiyə Futbol Federasiyası Xarici Əlaqələr Departamentinin üzvü Gürkan Teoman türkdilli respublikaların futbol klublarının iştirak edəcəyi “Turan Kuboku” layihəsini irəli sürüb.
Zəfər.Az xəbər verir ki, layihə çərçivəsində bu ölkələrin futbolçuları türkdilli respublika çempionatlarında çıxış edərkən legioner sayılmayacaqlar.
“Turan Kuboku” turniri basketbolda “Türk Hava Yolları”nın sponsoru olduğu Avroliqa yarışı formatında keçirilə bilər.
Yarışda Türkiyə, Şimali Kipr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Çuvaşiya, Tatarıstan, Tuva və Yakutiya komandalarının iştirakı nəzərdə tutulur.(Oxu.az)