Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi
03 iyun 2020 09:44:08
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Zəfər.az-ın məlumatına görə, sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.
Sərəncamla "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilib.
Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.
Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.