Kamran Əliyev daha bir prokuroru işdən çıxardı
02 iyun 2020 18:13:57
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Zəfər.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb.
O qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.(Modern.az)