BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tutulan məmurların pulları dövlət büdcəsinə qaytarılsın - Deputat

02 iyun 2020 18:12:45

“Hansı məmuru vəzifəsindəna azad edirlər, onun milyonları ortaya çıxır”.

Zəfər.Az-ın Modern.az-a istinadən xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib. Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:

“Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”