BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistanın eks-baş naziri: “Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim”

02 iyun 2020 17:59:30

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan maraqlı açıqlama ilə çıxış edib.

 

Zəfər.Az xəbər verir ki, “Armnews” telekanalının qonağı olan Baqratyan koronavirusa görə, Ermənistanın zəif düşdüyünü deyib.


“Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.

Baqratyan koronavirusla bağlı Cənubi Qafqazda ən həyəcanlı vəziyyətin məhz Ermənistanda yarandığını və buna görə, Nikol Paşinyan hökumətini sərt tənqid edib. Keçmiş hökumət rəhbəri virusun ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratdığını əlavə edib. 

Ermənistan cəmiyyətində bu açıqlama ciddi rezonans doğurub. Bəziləri Baqratyanın bu etirafa görə, cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

61 yaşlı Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub.